Almaniya

O da “Bavariya”da çalışmaqdan imtina etdi

“Bavariya” Münhen klubuna keçidi ilə bağlı “Benfika”nın baş məşqçisi Rocer Şmidtlə razılığa gələ bilməyib.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu həftə Münhen klubunun bossları Şmidtə baş məşqçi postunu təklif ediblər. O, bunu Portuqaliya təmsilçisində işləməyə davam etmək istəyi ilə izah edib.

Xatırladaq ki, baş məşqçi postunu tərk edəcəyi dəqiqləşən Tomas Tuxelin rəhbərlik etdiyi “Bavariya” Almaniya Bundesliqasının 2023/2024 mövsümünü 34 matçda 72 xal toplayaraq üçüncü pillədə başa vurub. Komanda mövsüm boyunca titul qazana bilməyib.

O da "Bavariya"da çalışmaqdan imtina etdi