Almaniya

Almanların kapitanı türk oldu

Futbol üzrə Almaniya millisinin yeni kapitanının adı müəyyənləşib.

Aut.az xəbər verir ki, kapitan sarğısı “Barselona”da çıxış edən İlkay Gündoğana həvalə edilib. Bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.

“Bayern”nin müdafiəçisi Jozua Kimmix isə vitse-kapitan təyin edilib.

Almaniya millisinin əsas kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.