Alonso “Bayer”ə görmədiyi günləri yaşadır
Almaniya Superkuboku uğurda matçd “Ştutqart”ı məğlub edən “Bayer Leverkuzen” (2:2 pen-4:3) baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında üçüncü titulunu qazanıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2022-ci ildə təyin olunana qədər klubun tarixində cəmi iki kubok qazanmışdı. Mövcud olduğu əvvəlki 119 il ərzində “Bayer” 1992/1993 mövsümündə Almaniya kubokunu, 1987/1988 mövsümündə isə UEFA kubokunun qalibi olmuşdu.
Ötən mövsümün əvvəlində “əczaçılar” da Bundesliqada məğlubiyyətsiz çempionu olub və Almaniya kubokunu qazanıblar. Bu da klubun tarixi ərzində qazandığı titul sayından çox olub.
Qeyd edək ki, Alonsonun komandası trebl edə bilərdi. lakin Avropa Liqasının finalında Leverkuzen klubu “Atalanta”ya 0:3 hesabı ilə uduzub.
Aut.az
