“Bavariya”da Keyn lənəti davam edir: Daha bir kubokdan məhrum oldular
“Bavariya”da Harri Keyn lənət davam edir.
Aut.az xəbər verir ki, karyerasında heç bir kubok qazanmaması ilə məşhur olan forvard bu uğursuz seriyaya son qoymaq üçün 2023-cü ilin yayında nəhayət klubunu dəyişib və seçimini Münhen klubundan yana edib.
Ancaq uğursuzluq mövsüm boyunca onunla oldu. Almaniya nəhəngi 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vurub. Mövsümün sonunda “Bavariya” Bundesliqada ikinci yeri itirdiyindən Almaniya Superkuboku uğrunda matçda oynamayacaq.
“Bayer” çempion olub. Almaniya Kubokunun finalında Leverkuzen təmsilçisi “Kayserzlautern” ilə qarşılaşacaq. Xabi Alonsonun yetirmələri ölkə kubokunu qazansa, Bundesliqada “Bavariya”nı qabaqlayan “Ştutqart” Superkubok matçına çıxacaq.
Bu o deməkdir ki, Münhen klubu 2025-ci ilin yazına qədər titula həsrət qalacaq.
Aut.az
