Almaniya

“Bavariya”nın əfsanəsi bu şəhərdə akademiya açdı

“Bavariya”nın və Almaniya yığmasının ulduz yarımmüdafiəçisi Coşua Kimmix öz futbol akademiyasını təsis edib.

Aut.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.

Akademiya Kimmixin doğulduğu Rotvayl şəhərində yerləşir və 6-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. “Bavariya”nın oyunçusu arzu edənlərə ailəsini və doğma bölgəsini tərk etmədən yüksək səviyyədə futbol oynamaq imkanı vermək istəyir.

Yarımmüdafiəçi 2015-ci ildən “Bavariya”da çıxış edir. Ümumilikdə Almaniya millisində 103 oyun keçirib və 8 qol vurub.

Bu ilin mart ayında 30 yaşlı Kimmix “Bavariya” ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb.

Aut.az