İngiltərə

Nyukaslda İsakın şərəfinə burger hazırladılar: Görün nə ad qoyublar

Nyu­kaslda yerləşənbir restoranlardan biri şəhərin eyni adlı klubunun sabiq hücumçusu Aleksandr İsakın şərəfinə hazırlanmış burgeri menyuya daxil edib.

Aut.az “Football Transfers”ə istinadən xəbər verir ki, yeməyin adı da qeyri-adi seçilib – “isveç siçanı”. Adı o qədər iştahaaçan olmasa da, burger qısa müddətdə məşhurlaşıb.

Xatırladaq ki, İsak 2022–2025-ci illərdə “Nyukasl”da çıxış edib. Bu ilin yayında isə o, kifayət qədər qalmaqallı şəraitdə “Liverpul”a transfer olunub. 25 yaşlı isveçli forvard transferini tələb edərək məşqləri boykot etmiş, bu isə “sorğular”ın azarkeşlərinin narazılığına səbəb olmuşdu.

Nəticədə “Liverpul” hücumçu üçün 144 milyon avro ödəyib ki, bu da Premyer Liqa tarixində rekord məbləğ sayılır.

Aut.az