İngiltərə

“Liverpul”un yay planı açıqlandı

“Liverpul” klubu qarşıdan gələn yay transfer pəncərəsində heyətində əsaslı dəyişiklik etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, qapıçı Keevin Kelleher, yarımmüdafiəçilər Vataru Endo və Harvi Elliott, həmçinin hücumçular Federiko Kyesa və Dioqo Jota potensial olaraq klubu tərk edə bilər. Bir neçə yeni transfer də gözlənilir.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. Arne Slotun komandası 29 oyundan 70 xal toplayıb və ən yaxın izləyicisini 15 xal qabaqlayır.

Aut.az