Kapitanın planı nədir? – Gələcəyi ilə bağlı elə mesaj verdi ki…
“Liverpul”un müdafiəçisi Vircil van Deyk klubu ilə yeni müqavilə imzalaması ilə bağlı suala çaşdırıcı cavab verib. Futbolçunun mersisaydlılarla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
“Mən klubu sevirəm, klub da məni sevir. Azarkeşləri sevirəm, azarkeşlər də məni sevir və bu uğur üçün çox yaxşı təməldir.
Fikrimcə, daha üç-dörd il ən yüksək səviyyədə oynaya bilərəm. Gəlin görək gələcək nələr gətirəcək.
Söhbət şəxsi istəklərdən getmir, amma bəli, Premyer Liqa titulunu qaldıran komandanın ilk niderlandlı kapitanı olmaq istərdim. Məncə, bu mümkündür”, – Vircil deyib.
Bu mövsüm müdafiəçi bütün turnirlərdə 22 oyun keçirib. Kapitanın iki qol və bir məhsuldar ötürməsi var.
Aut.az
