İngiltərə

Qvardiola 1000-ci oyunundakı qələbəni belə qeyd edəcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 1000-ci oyunundakı qələbəni necə qeyd edəcəyindən danışıb.

Aut.az xəbər verir ki, “şəhərlilər” Premyer Liqanın 11-ci turunda “Liverpul”u qəbul edərək rəqibini 3:0 hesabı ilə məğlub ediblər. Bu qarşılaşma Qvardiolanın məşqçi karyerasında 1000-ci oyun olub.

“Oyuna gələn övladlarımla evə gedəcəyəm. Bir neçə günü ailəmlə birlikdə evdə keçirəcəyəm”, — deyə Qvardiola “Sky Sports”a bildirib.

54 yaşlı ispaniyalı mütəxəssis karyerası ərzində “Mançester Siti”nin başında 550, “Bavariya”da 161, “Barselona”da 247, “Barselona B”də isə 42 oyuna çıxıb. Qvardiola bu 1000 görüşün 716-da qələbə qazanıb, 156 matçda heç-heçə edib və 128 dəfə məğlub olub.

Aut.az