“Sumqayıt”ın iki futbolçusu milli komandaya dəvət aldı
“Sumqayıt”ın futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini ölkələrinin milli komandalarına dəvət alıblar.
Aut.az xəbər verir ki, Vaskez Dominikan Respublikası, Mumini isə Benin yığmasına çağırılıb.
Dominikan Respublikası Martinika ilə yanaşı Sent-Vinsent və Qrenadinlə, Benin isə Burkina Faso ilə yoldaşlıq oyunu keçirəcək.
