İngiltərə

MY futbolçuları əfsanənin baş məşqçi vəzifəsinə namizədliyini dəstəkləyirlər

“Mançester Yunayted”in bir sıra nüfuzlu futbolçuları mövsümün qalan hissəsində komandanın müvəqqəti baş məşqçisi postuna klubun əfsanələrindən olan Maykl Kerrikin gətirilməsini dəstəkləyir.

Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, hazırda 42 yaşlı mütəxəssis bu vəzifə üçün əsas namizəd hesab olunur və yanvarın 12-də, bazar ertəsi günü klub rəhbərliyi ilə əlavə danışıqlar apararaq məşqçi heyətinin formalaşdırılması və qısamüddətli müqavilənin şərtlərini razılaşdırması gözlənilir.

Maykl Kerrik 2018-ci ilin iyulundan 2021-ci ilin dekabrınadək “Old Trafford”da köməkçi məşqçi kimi çalışıb və bu müddətdə Joze Mourinyo və Ole Qunnar Sulşerin məşqçi heyətində yer alıb. Həmin dövrdən bəri komandanın heyətində ciddi dəyişikliklər olsa da, Kerrik hələ də bəzi təcrübəli futbolçular arasında hörmətli fiqur olaraq qalır.

Mənbənin bildirdiyinə görə, onun xarakteri, təcrübəsi və məşqçilik keyfiyyətləri futbolçuların diqqətini çəkib və bu amillər Kerriki mövsümün sonunadək komandanı idarə etmək üçün populyar seçimə çevirib.

Aut.az