“Liverpul” onun əkiz qardaşının izində
“Liverpul” “Arsenal”ın müdafiəçisi Yurrien Timberin əkiz qardaşı olan “Feyenoord”un yarımmüdafiəçisi Quinten Timber ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” futbolçunu bu yay transfer etmək imkanını nəzərdən keçirsə də, Niderlandiya klubu Timberi satmaqdan imtina edib. Timberin klubun qısa siyahısında qaldığı və “Liverpul”un gələn qış və ya yay transferi reallaşdırmağa çalışacağı bildirilir.
Timber bu mövsüm klub üçün bütün yarışlarda altı oyun keçirib və iki qol vurub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.
Aut.az
