“Liverpul”dan anti-rekord: Bu vəziyyətlə üzləşən ilk klub oldu
“Liverpul” İngiltərə Premyer Liqasının 37-ci turunda “Brayton”a 2:3 hesabı ilə məğlub olub.
Aut.az xəbər verir ki, bu nəticə ilə “qırmızılar” çempionluğu vaxtından əvvəl təmin edən komandalar arasında Premyer Liqa tarixində antirekorda imza atıblar. Bu barədə “Opta Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızılar” Premyer Liqa tarixində çempionluğu vaxtından əvvəl təmin etdikdən sonra keçirilən üç oyunun heç birində qələbə qazana bilməyən ilk komanda olub.
Daha öncə mersisaydlılar “Arsenal”la 2:2 hesablı heç-heçə etmiş, “Çelsi”yə isə 1:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Premyer Liqanın son turundan əvvəl “Liverpul”un aktivində 83 xal var. İkinci pillədə qərarlaşan “Arsenal” 71 xal toplayıb. Sonuncu turda Arne Slotun komandası doğma meydanda “Kristal Palas”ı qəbul edəcək.
Aut.az
