İngiltərə

“Liverpul” onunla yolları ayırır

“Liverpul” yanvarda daha bir futbolçu ilə yollarını ayıracaq.

Aut.az xəbər verir ki, “qırmızılar” yarımmüdafiəçi Tiaqo Alkantaranı satmağa hazır olduqlarını açıqlayıblar.

32 yaşlı futbolçu baş məşqçi Yurgen Klopun yeni mövsüm üçün planlarına daxil deyil. Mersisayd təmsilçisi qış transfer pəncərəsində İspaniya millisinin üzvünə gələcək təklifləri geri çevirməyəcək.

“Qeyd edək ki, 2020-ci ildə “Bavariya”dan heyətə cəlb olunan Tiaqonun klubla müqaviləsi mövsümün sonuna qədərdir.