Almaniya

“Bavariya”nın bazasının qarşısında bu plakatı asdılar – FOTO

“Bavariya”nın azarkeşləri komandanın bazası yaxınlığında böyük plakat yerləşdiriblər.

Aut.az xəbər verir ki, plakatda klubun baş məşqçisi Tomas Tuxeldən “Bavariya”nın düşərgəsini tərk etmək tələb edilir.

Plakatda “Tuxel çıxışa” yazılıb. Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir.

Xatırladaq ki, dünən Almaniya Bundesliqasının 21-ci turunun matçında “Bavariya” səfərdə “Bayer”ə 0:3 hesabı ilə uduzub. Bu qələbədən sonra “Bayer” Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun komandasının hazırda 55 xalı var. İkinci yerdə 50 xalla “Bavariya” qərarlaşıb.

“Bavariya”nın bazasının qarşısında bu plakatı asdılar – FOTO

Aut.az