“Bavariya” onun ailəsi ilə görüşdü: Rekord transfer olacaq?
“Bavariya” Florian Virtsi transfer etmək istəyir və fəaliyyətini genişləndirib.
Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, Münhen klubu ilə “Bayer”in oyunçusunun ailəsi arasında bir neçə görüş olub .
Qeyd olunur ki, Uli Höness və Karl-Haynts Rummenigge bu danışıqlarda hərəkətverici qüvvədir və onlar “Bayer” ilə mümkün danışıqlarda da əsas rol oynayacaqlar. Bildirilir ki, klub onun transferi üçün rekord məbləğ ödəməyə hazırdır.
Virts və Leverkuzen klubu arasında müqavilənin uzadılması hələ razılaşdırılmayıb. “Bayer” hələ də oyunçunu ən azı 2026-cı ilin yayına qədər (onun müqaviləsi 2027-ci ilin yayına qədərdir) saxlayacağına əmindir.
“Siti” Virts uğrunda mübarizədə “Bavariya”nın əsas rəqibi olaraq qalır.
Aut.az
