Mbappe bu dəfə anası ilə birləşib PSJ-ni məhkəməyə verdi
Kilian Mbappe sosial mediada zorakılığa görə PSJ-ni məhkəməyə verib.
Aut.az xəbər verir ki, “Real”ın forvardı və anası Faiza Lamari sosial mediada futbolçuya qarşı ictimai təhqirlər və “fasiləsiz sataşmalar”la bağlı məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, Mbappe PSJ-ni 55 milyon avronun ödənilməmiş maaşı və bonusları ilə bağlı məhkəməyə verir. Əvvəllər bu məbləğ Fransa klubunun hesablarında dondurulmuşdu.
“Kylian Mbappenin şöhrətində heç bir məhdudiyyət yoxdu , lakin onun şöhrətinin qiymətləndirilməsində bir məhdudiyyət var”, – oyunçunun vəkillərindən biri deyib.
Aut.az
