Dünya futbolu

Suyun axınını, daşların, qayaların yerini dəyişib

PSJ-nin hücumçusu Neymar Braziliyada ətraf mühitin mühafizəsi qaydalarını pozduğuna görə böyük məbləğdə cərimələnəcək.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” Rio-de-Janeyro meriyasının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, Neymarın Rio-de-Janeyro əyalətindəki iqamətgahlarından birində bir neçə “ekoloji pozuntu” ilə müşayiət olunan bəzi işlər aparılıb.

Bunlara su axınının dəyişdirilməsi, süni gölü təmin etmək üçün çaydan suyun icazəsiz çıxarılması daxildir. Torpağın, daşların və qayaların icazəsiz yerdəyişməsi, həmçinin xüsusi icazə olmadan çimərlik qumundan istifadə halları da aşkar edilib.

“Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsidir. İlkin hesablamalara görə, ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla ən azı 5 milyon real (təxminən 950 min avro) məbləğində cərimə tətbiq ediləcək”, – Rio-de-Janeyro merinin ofisi məlumat yayıb.

Aut.az