Azərbaycan futboluManşetSeçmə

“Neftçi” indi də bu türk mütəxəssisi gətirir – Özü təsdiqlədi

“Mənə “Neftçi” adına bir şəxsdən zəng gəldi. Bildirdi ki, mənimlə danışıqlar aparmaq istəyirlər. Buna görə sənəd göndərdi, mən də imzaladım”.

Aut.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında adı “Neftçi”ylə yanaşı hallanan Hikmət Karaman deyib. O, “ağ-qaralar”la çalışmaq istədiyini bildirib:

“Mənə dedilər ki, Sərgən Yalçından əvvəl sizi düşünürdük. Amma onunla bağlı məsələ bitib. Sərgən məsələsinin bağlandığını bildirdilər. Buna görə danışıqlar aparmaq istədiklərini bildirdilər”.

"Neftçi" indi də bu türk mütəxəssisi gətirir - Özü təsdiqlədi

63 yaşlı mütəxəssis Azərbaycanda çalışmağa cani-könüldən razı olduğunu bildirib:

“Azərbaycan futboluna çalışmağa deyil, xidmət etməyə gələrəm. Sizə olan sevgim sonsuzdur. Mən Avropada olanda Azərbaycan milli komandasının oyunlarını izləmişəm. Mən bunu kiminsə istəyi ilə etməmişəm, özüm istəmişəm. Futbolunuzdakı problemlərin bir qismindən xəbərdaram. Mən ora əcnəbi kimi gəlmək istəmirəm. Bahalı transferlər, şan-şöhrət arxasınca düşmək fikrim yoxdur.

“Neftçi” “Beşiktaş”, “Qalatasaray”, “Fənərbağça” kimi böyük və köklü klubdur. İlk məqsədim komandanı “Qarabağ”la yüksək rəqabətə hazır olacaq səviyyəyə gətirmək və yerli futbolçular yetişdirmək olacaq. Bizim problemimiz budur. Heç bir əcnəbi gəlib futbolumuza yerli, gənc futbolçu qazandırmayıb. Bunu ancaq özümüzkülər, can yandıranlar edə bilər. Əvvəl əsas komandanı gücləndirib, sonra istedadları tapmalıyıq. Mən futbol təhsilimi, praktikamı Almaniyada almışam. Orada öyrəndiklərimi Azərbaycanda tətbiq etməyə hazıram”.