Sərfəli təklif gəlsə, PSJ onu satacaq
PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarte yayda klubu tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilər sərfəli təklif olarsa, 23 yaşlı uruqvaylını satmağa hazırdırlar. Futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
23 yaşlı futbolçu hazırda Uruqvay millisi ilə Amerika Kuboku turnirində iştirak edir. O, yarışdan qayıtdan sonra bu məsələyə aydınlıq gələcək.
Qeyd edək ki, ötən mövsüm Uqarte 37 oyun keçirib və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Aut.az
