Almaniya

Almaniyanın köklü klubu Van Nistelroya tapşırılır?

Niderlandlı mütəxəssis Ruud van Nistelroy “Hamburq”un baş məşqçisi postuna təyin oluna bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.

Van Nistelroy Şteffen Baumqartın potensial əvəzedicisi kimi görünür. Onun rəhbərliyi altında “Hamburq” son 4 turda cəmi 2 xal toplayıb və 2-ci Bundesliqa turnir cədvəlində 8-ci yerə düşüb.

Van Nistelroy 2024-cü ilin yayında “Mançester Yunayted”də Erik ten Haqın məşqçilər korpusuna qoşulmuşdu. Erik Ten Haq qovulmasından sonra 4 oyun baş məşqçi əvəzi kimi çalışıb. Ruben Amorimin gəlişi ilə MY-dən ayrılmalı olub.

O, 2010/11 mövsümündə futbolçu kimi “Hamburq”da çıxış edib.

Aut.az