“Bavariya”nın hədəfini açıqladı
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 3-cü turunun “Qalatasaray”la oyunu ərəfəsində (14 oktyabr, 20:45) komandanın bu mövsüm üçün hədəfləri haqda danışıb:
“İndi rəqabət o qədər ağırdır ki, qrup mərhələsi asan ola bilməz. Bütün 90 dəqiqə ərzində ayıq və diqqətli olmalısınız.
“Qalatasaray”, “Mançester Yunayted” və “Kopenhagen”lə bir qrupda bircə səhvə də yol verə bilmərik. Ona görə də daha etibarlı və möhkəm olmaq üçün çalışırıq.
Məqsədimiz 1/4 finala çıxmaq olmalıdır. Qrup lideri olsaq, 1/8 finalda öz qrupunda ikinci yeri tutan komanda ilə oynayacaqsınız. Onda uğurlu püşkatmadan çox şey asılıdır”.
Aut.az
