İndiyə qədər bunu heç kim bacarmamışdı
“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Aut.az xəbər verir ki, London klubu 9-cu turun “Fulhem”lə derbisində 2:0 hesabı ilə qalib gəlib. Bununla da Postekoğlunun yetirmələri ilk 9 turdan sonra xal hesabımı 23-ə çatdırıb.
Bu, Premyer Liqa tarixində debütant məşqçilər üçün mütləq rekorddur. Heç bir mütəxəssis öz klubundakı ilk mövsümündə bu qədər xal toplamayıb.
Qeyd edək ki, “Tottenhem” 9 turdan sonra çempionatın lideridir.
