Daha bir İtaliya nəhəngi onun üçün hərəkətə keçdi
Turinin “Yuventus” klubu “Mançester Siti”nin və Belçika yığmasının ulduzu Kevin De Bruyne üçün mübarizəyə qoşulub.
Aut.az xəbər verir ki, bu barədə il “Bianconero” məlumat yayıb.
“Yuventus”un nümayəndələri bir müddət əvvəl 33 yaşlı yarımmüdafiəçinin ətrafı ilə əlaqə saxlayıb və Turin klubuna transfer olma ehtimalı ilə maraqlanıblar.
Hazırda De Bruyne üçün əsas namizədin İtaliyanın digər klubu “Napoli” olduğu bildirilir. Danışıqlar son mərhələdədir və yaxın günlərdə uğurla yekunlaşa bilər. Şayiələrə görə, yarımmüdafiəçi hətta Neapolda özünə mənzil də tapıb.
Aut.az
