Azərbaycan futbolu

İndoneziya Kosta Rikanı məğlub etdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.

Aut.az xəbər verir ki, E qrupunun oyununda İndoneziya Kosta Rika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən görüş İndoneziya yığmasının qələbəsi ilə nəticələnib – 1:0.

Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya Qananı məğlub edib – 3:0.