İngiltərə

“Liverpul” azarkeşləri onu fitlə yola saldılar

“Liverpul” azarkeşləri Trent Alexander-Arnold meydançaya daxil olarkən onu fitə basıblar.

Mersisaydlılar Premyer Liqanın 36-cı turu çərçivəsində “Enfild” də “Arsenal” la heç-heçə edib (2:2) .

Aut.az xəbər verir ki, Trent matçın 67-ci dəqiqəsində Konor Bredlini əvəzləyərək meydana daxil olub. “Liverpul” azarkeşləri müdafiəçinin meydana çıxmasına fit səsləri ilə reaksiya veriblər.

Trent daha əvvəl yayda azad agent kimi klubu tərk edəcəyini açıqlamışdı. İngilis futbolçunun “Real Madrid”lə müqavilə imzaladığı bildirilir.

Aut.az