İngiltərə

Cerrard hazırkı “Liverpul”un hansı futbolçusu ilə oynamaq istərdi?

“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard Florian Virtslə birlikdə oynamaq istədiyini bildirib.

Alman futbolçu ötən yay “Bayer Leverkuzen”dən “qırmızılar”a keçərək, İngiltərə klubunun tarixində ən bahalı transfer olub.

Aut.az xəbər verir ki, “The Touchline” qəzeti Cerrardın sosial mediada dediyi sözləri sitat gətirib: “Bir oyunçu haqqında “onunla oynamaq istərdimmi?” sualını verəndə dərhal Florian Virts yadıma düşür. Onunla oynamaq istərdim”.

Stiven Cerrard 2014-cü ildə peşəkar futboldan təqaüdə çıxıb. 2017-ci ildən bəri məşqçi kimi çalışır. Cerrardın son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub.

Aut.az