Almaniya

Noyerlə bağlı qərar verildi

Manuel Noyerin “Bavariya”da qalma ehtimalı yüksəkdir.

Aut.az xəbər verir ki, “Kicker”in məlumatına görə, 40 yaşlı qapıçı Münhen klubu ilə 30 iyun 2027-ci ilə qədər yeni müqavilə imzalamaq üzrədir.

Yeni müqavilənin imzalanmasının gələn həftənin əvvəlində elan ediləcəyi gözlənilir. Manuel Noyer 2011-ci ildə “Şalke”dən “Bayern Münhen”ə 30 milyon avroya keçib.

Onun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Bu mövsüm qapıçı Münhen klubunun heyətində bütün yarışlarda 35 oyunda iştirak edib, 38 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” Noyerin dəyərini 4 milyon avro qiymətləndirir.

Aut.az