“Bavariya”da maliyyə durumu haqda: Əlavə bir qəpiyimiz də yoxdur
“Bavariya”nın fəxri prezidenti Uli Höness Münhen klubunun maliyyə vəziyyətini şərh edib.
Aut.az xəbər verir ki, o, mümkün transferlərdən də danışıb.
“Daha iki və ya üç oyunçu getməsə, transfer olmayacaq. Maks Eberl və Kristof Freund yaxşı bilirlər ki, ulduz futbolçulardan biri getməyincə, başqa heç kim gəlməyəcək. “Bavariya”nın əlavə bir qəpiyi yoxdur”.”, – jurnalist Maksimilian Koç “X” sosial şəbəkəsində Hönessdən sitat gətirib.
Xatırladaq ki, ötən mövsüm “Bavariya” Almaniya çempionatında üçüncü yeri tutmuşdu.
Aut.az
