Almaniyaİngiltərə

Ötən həftə Londonda görüşüblər, Həsən də orada olub

“Bavariya” Deklan Raysı transfer etməkdə israrlıdır.

Aut.az xəbər verir ki, TZ-nin jurnalistləri Filip Kessler və Manuel Bonkenin sözlərinə görə, Münhen nəhəngi “Vest Hem”in yarımmüdafiəçisinin transferinə çox ciddi yanaşır.

Baş məşqçi Tomas Tuxel, texniki direktor Marko Neppe və sabiq idman direktoru Həsən Salihamiciç ötən həftə İngiltərədə futbolçu ilə görüşüb müəyyən məsələləri müzakirə ediblər.

Daha əvvəl Tuxelin Rays ilə telefon danışığı olduğu da bildirilirdi.

Aut.az