İngiltərə

Başqa kim seçilməliydi?

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola Premyer Liqada mövsümün baş məşqçisi seçilib.

Aut.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. İspaniyalı mütəxəssis Mikel Arteta (Arsenal), Roberto De Zerbi, Unay Emeri (Aston Villa), Eddi Hou (Nyukasl), və Marko Silvanı (Fulhem) qabaqlayıb.

Qvardiola karyerasında 4-cü dəfə bu mükafata layiq görülüb. O, bu nəticə ilə Joze Mourinyo və Arsen Vengeri qabaqlayıb və yalnız 11 dəfə mükafat alan Aleks Ferqyussondan geri qalır .