Anri Haalandın çatışmayan cəhətini açıqladı
Fransanın gənclər yığmasının baş məşqçisi, “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri “Mançester Siti”nin hücumçusu Erlinq Haaland haqda danışıb.
Aut.az xəbər verir ki, Anri Erlinqə rəqib müdafiəçilərlə mübarizədə nəyi təkmilləşdirməli olduğu haqda tövsiyə verib.
“Onun yaxşı bacarmadığı bir şey odur ki, həmişə müdafiəçi ilə çiyin-çiyinə dayanır, ona görə də onu idarə etmək olar. Belə gərgin oyunda Haalanda top uğrunda dueldə qalib gəlmək çətindir. Özünüzü müdafiəçidən uzaqlaşdırsanız, sakitcə topa sahib ola bilərsiniz, onu bədəninizlə bağlaya bilərsiniz və bundan sonra hər şey sizin bacarığınızdan asılı olacaq. Lakin müdafiəçinin artıq sizi saxlamaq şansı çox az olacaq”, – Anri deyib.
Aut.az
