“Liverpul”un israrı davam edir
“Liverpul” “Çelsi”nin müdafiəçisi Levi Kolvil ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə TalkSPORT məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə millisinin üzvü “zadəganlar” ilə yeni uzunmüddətli müqavilə imzalamadan əvvəl, 2023-cü ilin yayında “qırmızılar” futbolçunu transfer etmək istəyirdi. Ancaq bu baş tutumamışdı.
Bununla belə, Mersesayd təmsilçisi hələ də gənc müdafiəçini heyətinə qatmağın yollarını axtarır. Bu transferin bu ay ərzində reallaşma ehtimalı heç də az deyil.
Bu mövsüm 20 yaşlı Levi Kolvill “Çelsi”nin heyətində bütün yarışlarda 26 oyun keçirib və bir qol vurub.
