İngiltərə

Neymarın Premyer Liqa planı: 2 variantı var

“Santos”un ulduz cinah oyunçusu Neymar Avropaya qayıtmaqda israrlıdır.

Aut.az xəbər verir ki, braziliyalı vinger yenidən “Barselona”nın formasını geyinmək istəyir. Lakin kataloniyalılar hələ Neymarla bağlı yekun qərar verməyiblər. Hətta “Barsa” onun transferindən imtina edə bilər.

Belə olan halda Neymar Premyer Liqaya transferini nəzərdən keçirəcək. “Çelsi” və “Mançester Yunayted” ulduz braziliyalını transfer etməyə hazırdır.

Qeyd edək ki, futbolçu qış transfer pəncərəsində “Əl-Hilal” ilə yollarını ayıraraq, yetirməsi olduğu “Santos”la müqavilə bağlayıb.

Aut.az