Əsəbiləşdi: Jurnalistə “axmaq sual verirsən” dedi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/4 finalında “Mançester Yunayted”ə məğlubiyyətdən (3:4) sonra Norveç nəşrinin jurnalistinin suallarını yersiz hesab edib.
Aut.az xəbər verir ki, jurnalist Kloppdan komandasının niyə əlavə vaxtda intensivliyi azaltdığını soruşub. Bu sual alman mütəxəssisi qəzəbləndirib.
“Bu axmaq sualdır. Əgər tez-tez oyunumuzu izləyirsinizsə, başqa vaxt niyə bu qədər enerjimiz olduğunu soruşa bilərsiniz.
Son vaxtlar neçə oyun keçirmişik və “Mançester Yunayted” neçə oyun keçirib, bilmirəm. Bu sualdan çox məyus oldum. Aydındır ki, ən yaxşı formada deyilsiniz. Sizin üçün kifayət qədər əsəblərim yoxdur” deyən Klopp dərhal mətbuat konfarnsını tərk edib.
Qeyd edək ki, fevralın 17-dən bəri “Mançester Yunayted” 6, Kloppun komandası isə 9 matçda iştirak edib.
Aut.az
