İspaniyaİngiltərə

Peres istəmir – “Real” onu transfer etməyəcək

“Real Madrid”in prezidenti Florentino Peresin “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək planı yoxdur.

Aut.az xəbər verir ki, bunu jurnalist Matteo Moretto “Marca”ya verdiyi açıqlamada bildirib.

“Mənə “Real Madrid” və “Siti” arasında birbaşa əlaqənin olduğu deyildi. “Siti” “Real Madrid”in Rodri ilə müqavilə imzalamaq niyyətində olmadığını bilir. Mənə Florentino Peresin Rodri ilə müqavilə imzalamaq istəmədiyi deyildi və hazırda bu məsələdə heç bir irəliləyiş olmadığı görünür”, – Moretto deyib.

Ötən mövsüm Rodri bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Aut.az