“Barselona”nın hücum xəttinə yeni namizədi: Görün kimdir
“Barselona” klubu Dortmund “Borussiya”sının qvineyalı hücumçusu Seru Qirasiyə maraq göstərir.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Məlumata görə, İspaniya nəhəngi 29 yaşlı futbolçunu yayda klubdan azad agent kimi ayrılacaq Robert Levandovskinin əvəzinə transfer etmək niyyətindədir. Polyak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bundan əlavə, İspaniya nəhəngi “Mançester Siti”dən Erlinq Haalanda da maraq göstərir, lakin norveçli futbolçunun transferi yüksək qiymət səbəbindən real görünmür.
2025/26 mövsümündə Seru Qirasisi klub səviyyəsində 8 oyuna çıxıb, 6 qol vurub və 3 assist edib.
Aut.az

