“Real” həkimini qovdu
“Real” həkimi Niko Mihiçlə əmək münasibətlərini kəsib.
Aut.az xəbər verir ki, “qalaktikos”un bu qərarına səbəb yarımmüdafiəçi Cud Bellinqemin çiynindən zədələnməsi ilə bağlı vəziyyət olub.
Noyabr ayında ingilis yarımmüdafiəçinin çiyni çıxıb. Mihiç baş məşqçi Karlo Ançelottiyə futbolçunun bir neçə gündən sonra Çempionlar Liqasında “Braqa” ilə oyuna hazır olacağını bildirib. Lakin Bellinqem həmin görüşdə iştirak etməyib.
“Real” rəhbərliyi Tibo Kurtua və Eder Militaonu uğurlu əməliyyatlarını keçirən həkim Manuel Leyeslə məsləhətləşmədən sonra belə qərar verib. Leyes bildirib ki, Bellinqem “Braqa” ilə oyun üçün heyətə salınmamalı və çiyninin yenidən çıxma riski yüksək olduğundan ümumi məşqlərə məhdudiyyət qoyulmalı idi.
Madrid klubunun prezidenti Florentino Peres Leyesin gəldiyi nəticədən sonra Mihiçin qərarından hiddətlənib. O, Nikonu qeyri-peşəkarlıqda ittiham edib.
Aut.az
