Süni intellekt La Liqa tarixinin yığmasını qurdu – FOTO
İspaniya La Liqasının tarixində ən güclü heyət tərtib olunub.
Aut.az xəbər verir ki, La Liqa tarixinin simvolik komandasını “Transfermarkt”ın sifarişi ilə “ChatGPT” neyron şəbəkəsi tərtib edib.
Çox vaxt süni intellektin işinin nəticəsi azarkeşlər arasında müzakirələrə səbəb olur. Ancaq İspaniya çempionatı üçün tərtib edilən heyət ədalətli görünür.
Komandaya “Barselona” və “Real”ın hər birindən 5 futbolçu daxil edilib. Hücumda Ronaldo və Messiyə əfsanəvi Telmo Sarra qoşulub.

Aut.az
