Neymar və Ronaldo “Nyukasl”da? – Ağıllı olmaq lazımdır
“Nyukasl”ın baş məşqçisi Eddi Hau klubun Kriştiano Ronaldo, Neymarı transfer etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Bir çox adlar qeyri-dəqiqdir. Transfer edəndə ağıllı olmaq lazımdır. Biz istedadı hələ dünya futboluna məlum olmayanları tapmaq istəyirik.
Belə gəncləri tapmalı və inkişaf etməliyik”, – deyə jurnalist Fabritsio Romano Eddidən sita gətirib.
Daha əvvəl bildirilmişdi ki, “sağsağanlar” Çempionlar Liqasına vəsiqə qazanacaqları təqdirdə Neymarıntransferini nəzərdən keçiriləcək.
Aut.az
