Almaniya

Meydana tennis toplarını niyə atıblar ? – FOTO

Bundesliqanın 31-ci turunun “Bayer” – “Köln” matçında (1:2) azarkeşlər qeyri-standart etiraz aksiyası keçiriblər.

Aut.az xəbər verir ki, fanatlar meydançaya tennis topları atıblar.

Etiraz aksiyası ikinci hissənin əvvəlinə təsadüf edib. Oyun bir müddət dayandırılıb. Daha sonra stadion işçiləri bütün tennis toplarını meydandan çıxarıb və matç davam edib.

Məlum olub ki, bu yolla “Köln” azarkeşləri görüşün cümə gününə keçirilməsinə etiraz ediblər.

Meydana tennis toplarını niyə atıblar ? – FOTO

Aut.az