Almaniya

Keyn karyerasında ilk titulla bağlı danışdı: Növbəti arzusu nədir?

“Bavariya”nın ingilis hücumçusu Harri Keyn Almaniya çempionu olaraq karyerasındakı ilk titulu qazandıqdan sonra emosiyalarını bölüşüb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Bu qələbə çox şirin hissdir. Yəqin ki, karyeramda ilk olduğu üçün belədir. Komanda yoldaşlarımla və məşqçilərlə bu uğuru qeyd etmək — hər şey unudulmaz idi. Hətta səhər oyandığımda belə bu möhtəşəm hiss hələ də içimdə idi. İndi səbirsizliklə şənbə günü “Allyans Arena”da azarkeşlərlə bu kuboku qeyd etməyi gözləyirəm”.

Bundan əlavə, hücumçu bu mövsüm əldə etmək istədiyi daha bir məqsədi də qeyd edib. O, ardıcıl ikinci dəfə Bundesliqada bombardir omaq istədiyini bildirib. Hazırda Keynin hesabında 24 qol var, onun ən yaxın izləyicilərini 5 top qabaqlayır.

Aut.az