Kateqoriyasız

“El-Klasiko” bizim son şansımızdır”

Federiko Valverde “Real”ın La Liqanın 34-cü turunda “Selta” ilə oyundakı çıxışını sərt şəkildə tənqid edib.

Aut.az xəbər verir ki, Madrid klubunun uruqvaylı ulduzu bu sözləri deyib:

“Belə oyundan qopmalar bir daha təkrarlanmamalıdır. Bu hal bizdə dəfələrlə olub – həm çempionatda, həm də Çempionlar Liqasında. Biz bu sahədə inkişaf etməliyik”.

Valverde həmçinin qarşıdan gələn “Barselona” ilə oyunun əhəmiyyətini vurğulayıb: “El-klasiko” bizim son şansımızdır, mövsümün ən vacib oyunudur”.

Qeyd edək ki, “Selta” ilə oyunda “kral klubu” 3 top fərqi ilə irəlidə olsa da, görüş 3:2 hesabı ilə başa çatıb.

Sona 4 tur qalmış “Real” turnir cədvəlində lider “Barselona”dan 4 xal geri qalır. Komandalar arasında həlledici duel artıq növbəti turda – mayın 11-də baş tutacaq.

Aut.az