İngiltərə

Runidən Amorimin sözlərinə reaksiya: Lənətdir

Ueyn Runi “Mançester Yunayted”in “Qrimsbi”yə məğlubiyyətindən danışıb.

İngiltərənin dördüncü divizion klubu İngiltərə Liqa Kubokunda “Mançester Yunayted”i penaltilər seriyasında məğlub edib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu “The Wayne Rooney Show” podkastında deyib:

“Komandanın necə uduzması narahatedicidir. Nə isə səhvdir. Düşünürəm ki, bu, açıq-aydın görünür. Baş məşqçi bunu oyundan sonra deyir və düşünürəm ki, nəyinsə səhv olduğu hər kəsə aydındır.

Bu cür məğlubiyyətlər olur. Keçən il Kubokda “Krouli”yə uduzmuşduq. Amma fərq ondadır ki, həmin oyunu izləyən hər kəs bunun birdəfəlik olduğunu bilirdi.

Deməli, indi problem ondadır ki, biz eyni oyunu, eyni nəticələri görürük. Mövsümdə üç oyun olsa da, düşünəndə bir məqam gəlir: “Nə baş verir?”

Ən böyük narahatlıq baş məşqçinin dedikləridir. Onun oyundan sonra dediyi sözlər oyunçulara lənət idi. Əgər məşqçiniz bunu deyirsə, deməli, nə isə pozulub”.

Aut.az