İngiltərə

Mahrez “Siti”dən getdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez yaxın vaxtlarda “Əl Əhli”yə keçəcək.

Aut.az xəbər verir ki, bu barədə  insayder Fabritsio Romano məlumat verib.

Əlcəzairlinin 2027-ci ilə qədər müqavilə imzalayacağı qeyd edilir. Onun tibbi müayinəsi yaxın 24 saat ərzində baş tutacaq.

“Siti” futbolçu üçün 35 milyon avro alacaq.

Aut.az