Mbappe və Salah? – Hər ikisi insan olduqlarını göstərdi
Noyabrın 27-də Çempionlar Liqasının münün 5-ci turunda “Liverpul” “Real”ı qəbul edib.
Qarşılaşma 2:0 hesabı ilə mersisaydlıların xeyrinə başa çatıb.
Aut.az xəbər verir ki, görüşdən sonra “Liverpul”un baş məşqçisi Arne Slot qələbni şərh edib.
“Dəfələrlə Çempionlar Liqasının qalibi olmuş komandaya qarşı oynamağın necə xüsusi olduğunu bilirsiniz. Onlar bu illər ərzində “Liverpul” üçün başağrısı olublar. Düşünürəm ki, biz daha intensiv oynaya və topu daha yaxşı idarə edə bilərik.
Mbappe və Salah? Hər ikisi bu gün insan olduqlarını göstərdilər. Mbappenin zərbəsində Kelleher inanılmaz idi. O, bizim üçün əla bir şey etdi.
Mənim ailəm? Bura gəlmək üçün bir neçə gün istirahət götürüblər. Ailənizlə birlikdə olmaq həmişə yaxşıdır, çünki günün 24 saatı işə diqqət yetirmək lazım deyil.
Birinci hissədə göstərdiyimiz səy ikinci hissədə yaxşı oynamağımıza kömək etdi. Fasilədən sonra onlardan nə gözlədiyimizi bilirdik. İkinci hissədəki çıxışımızın birinci hissədəki performansımızla çox əlaqəsi var idi”, – Slot deyib
Aut.az
