Dünya futbolu

Sadıqovun futbolçuların yeməyinə görə xeyli borcu var: Məhkəməyə verildi

Moskva vilayətinin “Ximki” futbol klubu, idmançılar üçün yemək təşkil edən sahibkar Aleksandr Rojkova təxminən 4 milyon rubl borcludur.

Aut.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı iş adamının ifadəsinə və məhkəmə materiallarına istinadən məlumat yayıb.

Sahibkarın dediyi kimi, o, beş ilə yaxındır ki, futbol komandasını səhər yeməyi və naharla təmin edir, bütün bu müddət ərzində tərəflərin bütün öhdəlikləri tam yerinə yetirilib. Bununla belə, ötən mövsümün sonundan etibarən “Ximki” iaşə xidmətlərindən istifadə etməyə davam etsə də, ödəniş üçün hesablara məhəl qoymur.

İş adamı aldığı vəsaiti gözləməkdən yorulub və məhkəməyə müraciət edib. Klub rəhbərliyi vəziyyəti şərh etmir.

Qeyd edək ki, “Ximki”nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur.

Aut.az