Karyerasını bitirdi: Nə işlə məşğul olacaq?
Ukrayna millisinin, həmçinin “Metalist” və “Şaxtyor”un sabiq yarımmüdafiəçisi Marlos karyerasını bitirmək qərarına gəldiyi barədə bir gün əvvəl yayılan məlumatı təsdiqləyib.
Aut.az xəbər verir ki, o, gələcəkdə nə etməyi planlaşdırdığını da bildirib.
“Bəli, doğrudur. Mən Ukraynada B lisenziyası almışam və futbol agenti və köməkçi məşqçi olmaq niyyətindəyəm”, – deyə Marlos bildirib.
Xatırladaq ki, Marlos karyerasının böyük hissəsini Ukraynada keçirib. “Metallist” və “Şaxtyor”un tərkibində yarımmüdafiəçi bütün turnirlərdə 350-dən çox oyun keçirib, həmçinin 27 matçda Ukrayna millisinin formasını geyinib və 1 qol vurub.
Aut.az
