Futbol ulduzu valideynlərinin bütün əmanətlərini fırıldaqçılara verib
Rusiyada qadın futbolunun yüksələn ulduzu hesab edilən Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Sofiya Stelmaxova telefon fırıldaqçılarının qurbanı olub.
Aut.az xəbər verir ki, cinayətkarlar futbolçunu aldadaraq, onun valideynlərinin bütün pullarını ələ keçiriblər.
“Mash” teleqram kanalının məlumatına görə, 18 yaşlı idmançı “klassik” sxem üzrə aldadılıb: birincisi, zəng edənlər özlərini “mobil operatorun nümayəndələri” kimi təqdim edib və SMS-dəki kodu əsas gətirərək müqavilənin müddətini uzatmağı təklif ediblər; sonra özlərini “Mərkəzi Bankın işçisi” kimi təqdim edərək, valideynlərinin hesablarına dair “məlumat sızması” ilə onu qorxudublar.
Cinayətkarlara inanan qız valideynlərinin yanına gələrək, onların telefonlarını götürüb və hesablarındakı bütün pulları kartına köçürüb, daha sonra bütün pulları “təhlükəsiz hesaba” göndərib – cəmi 3,7 milyon rubl.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Aut.az
