Çempionlar Liqası

“Qarabağ”ın rəqibində ciddi itki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq “Ferensvaroş” ciddi itki ilə üzləşib.

Aut.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Bentse Etvöş sıradan çıxıb.

27 yaşlı oyunçu məhz “Qarabağ”la ilk matçın birinci hissəsində zədələnərək, fasilədə əvəzlənmişdi. Onun Bakıdakı qarşılaşmada iştirakı sual altındadır. Yerli KİV macarıstanlı oyunçunun meydana çıxmaq ehtimalının az olduğunu vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” – “Ferensvaroş” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.